tebriz 900x565 1

Tehrandakı erməni icmasının fəaliyyətinə dair paylaşım İranın müxtəlif etnik qruplara münasibətini yenidən gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Paylaşımda iddia edilir ki, Tehranda yaşayan erməni icmasının nümayəndələri müxtəlif tədbirlərdə və təhsil müəssisələrində Ermənistan bayrağı və milli atributlarından sərbəst şəkildə istifadə edə bilirlər. Həmçinin o da vurğulanır ki, azərbaycanlı gənclərin öz milli kimliyini, dilini, mədəniyyətini və tarixi rəmzlərini, atributları açıq şəkildə ifadə etməsi bəzi hallarda “pantürkizm”, “separatçılıq” və ya “milli təhlükəsizliyə təhdid” kimi təqdim edilir.

5440533463414021502

Tahir Turan
Globalinfo.az

Paylaş: