Uqandanın qərbində yerləşən Toro krallığının hökmdarı Kral Oyo Nyimba Kabamba İguru Rukidi 34 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə krallığın baş naziri Kalvin Armstronq Rvomiire Akiiki açıqlama yayıb.
Uqanda mediasında yayılan məlumatlara görə, kral son günlər ağır xəstə olub və müalicə üçün ABŞ-a müraciət edib.
Oyo 1995-ci ildə, atasının vəfatından sonra cəmi 3 yaşında Toro kralı elan edilmişdi. Bununla da o, dünyanın ən gənc hakimiyyətdə olan monarxı kimi “Ginnesin dünya rekordları”na düşmüşdü.
Kralın rəhbərlik etdiyi Toro krallığının əhalisi 2 milyondan çoxdur. Oyo 19-cu əsrin əvvəllərində yaradılmış krallığın 13-cü hökmdarı olub.
Toro Krallığının baş naziri kralın ölümünü kral ailəsi və Toro xalqı üçün “ölçüyəgəlməz itki” adlandırıb.
Safura Bənnayeva
Globalinfo.az