ziya 0

Bu ayın əvvəllərində dağlara səyahət zamanı həyatını itirmiş tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı müəmmalı məqamlar var.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a mərhumun bacısı Aytən Muradova məlumat verib.

O, qardaşının ölüm xəbərini avqustun 1-də öyrəndiyini söyləyib:

“Avqustun 1-i yoldaşı zəng elədi dedi ki, Ziya vəfat edib. Avqustun 3-də onu Qazaxda dəfn etdik. Əsas problem odur ki, sonradan bizə çatdırılan məlumatlar üst-üstə düşmür, tur gəzintisində olan insanların hərəsi bir söz deyir. Gah dedilər maşının yanında ölüb, gah dağda vəfat etdiyini söylədilər. Bu ziddiyyətli söhbətlər bizi həddən artıq sarsıtdı.

Səyahətdə təxminən 17-18 nəfər olub. İndiki dövrdə hər kəs harasa gedəndə hər şeyi çəkir, paylaşır. Lakin oradakı 17 nəfərdən nə bir başsağlığı gəldi, nə də “biz getdik, başımıza belə bir iş gəldi” deyən oldu. Nə bir şəkil, nə video, nə də bir informasiya verildi. Bu, çox qeyri-adi və şübhəlidir. Mənim qardaşım Bakıda tanınan adam idi. Tərcüməçi idi, musiqilər və mahnılar yazırdı, çoxları onu tanıyırdı. Belə bir adamın ölümündən sonra sakitlikdir, heç nə olmamış kimi davranırlar”.

Ziya Muradovun bacısı turun təşkilatçısından da danışıb:

“Qrupun təşkilatçısı Kəmalə Nemətova adında bir bloqer qadındır. O, Azərbaycan dağlarına, kanyonlara turlar təşkil edir, qrupda da əsasən qadınlar olur. May ayında Qubadakı kəndə gedəndə kanyonu tapa bilməyiblər, sonra bir bələdçinin xidmətindən istifadə ediblər. Biz qrupdakı 17 nəfərin tam tərkibini bilmirik. Əsas qaranlıq məqam odur ki, bu adamlar orada nələr baş verdiyini və nə gördüklərini niyə gizlədirlər?”

Aytən Muradova bildirib ki, Ziyanın həyat yoldaşı Alyona Muradova da onun yanında olub: “Hərə bir versiya danışır, hansının doğru olduğunu bilmirəm”.

504930897 10233635421124758 143815787838870222 n

Ziya Muradov və həyat yoldaşı Alyona Muradova

Paylaş: