qadin meyiti

    Gəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

    Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin kənd təsərrüfatı məhsulları və paltar satışı aparılan bazarlarından birində baş verib.

    İlkin ehtimala görə, 44 yaşlı Ramil İsmayılov anası Laləzər Verdiyevanı qeyri-rəsmi yaşadığı qadına görə öldürüb. Hadisədən bir gün öncə ana və oğlu arasında mübahisə yaşanıb. Mərhum oğlundan həmin qadından ayrılmasını tələb edib.

    Növbəti gün R.İsmayılov anasının işlədiyi bazara gələrək bıçaqla ona xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə təhvil verilib.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

    ***13:52

    Gəncədə qətl hadisəsi baş verib.

    Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.

    Belə ki, sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L. Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Gəncədə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.

    Paylaş: