Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbin coğrafiya müəllimi Məmməd İslamovun bu gün saat 7:30-da Şəkidə “Qoxmuq körpüsü” adlanan yolötürücüsündən yıxılıb. O, çay yatağına düşərək həlak olub.
Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, M.İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən altıncı çağırış Milli Məclisin deputatlığına namizəd oluub, lakin seçilməyib.