pkk tarihinde bir ilk karayilan 50 yillik kaybi 8bbfdb4d51 amp

PKK-nın rəhbər şəxslərindən Murat Karayılan təşkilatın 1976-cı ildən 2026-cı ilədək verdiyi itkilərlə bağlı ilk dəfə rəqəm açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Karayılanın açıqlamasına əsasən, həmin dövr ərzində təşkilatın qeydlərinə 25 min 922 nəfərin ölümü daxil edilib. Qeydə alınmayan itkilər də nəzərə alındıqda ümumi rəqəmin təxminən 27 minə çatdığı bildirilib.

Təqdim olunan statistikaya görə, 1976-1983-cü illərdə 173, 1984-2000-ci illər arasında 13 min 778, 2001-2026-cı illərdə isə 7 min 949 təşkilat üzvü həyatını itirib.

Karayılan həmçinin 2015-2026-cı illərdə 760 nəfərin, İŞİD-lə Suriya və İraqdakı qarşıdurmalarda isə 3 min 262 nəfərin öldüyünü bildirib.

O, xüsusilə 1984-2000-ci illər arasında bəzi itkilərin təşkilatın rəsmi statistikasına daxil edilmədiyini deyib. Həmin şəxslər də nəzərə alındıqda PKK-nın 50 illik itkisinin təxminən 27 min olduğu irəli sürülüb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: