İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Qəribabadi Amerika liderinin boğazı “Yeni Amerika ərazisi” kimi təqdim etməsini sərt tənqid edib.
İran rəsmisi Trampı reallığı təhrif etməkdə, illüziyaya qapılmaqda və sayıqlamaqda ittiham edib.
O, Trampın 24 saat nəzarət altında saxlanılmalı olduğunu deyib.
Qeyd edək ki, D.Tramp son günlər “Truth Social” hesabında Hörmüz boğazını əks etdirən bir neçə xəritə paylaşıb. Həmin görüntülərdə boğazın yerləşdiyi ərazinin üzərində “ABŞ-ın yeni ərazisi” ifadəsi qeyd olunub.
Safura Bənnayeva
Globalinfo.az