17875109746453020430 1200x630

Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri həm də birinci xanımlar kontekstində diqqət çəkir.

Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

Bundan öncə Mehriban Əliyeva və qızı Leyla Əliyeva, Ziroatxon Mirziyoyeva və qızları Saida ilə Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevanın iştirakı səfərin siyasi məzmununu ictimai və humanitar diplomatiya ilə tamamladı:

“Birinci xanımların ünsiyyəti iki ölkə arasında münasibətlərin yalnız dövlət başçıları və rəsmi nümayəndə heyətləri səviyyəsində deyil, mədəniyyət, təhsil, səhiyyə və sosial layihələr müstəvisində də inkişaf etdiyini nümayiş etdirir. Bu mənada qadın diplomatiyası rəsmi danışıqların daha səmimi və etimada əsaslanan ictimai atmosferdə aparılmasına töhfə verən mühüm “yumşaq güc” vasitəsidir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Azərbaycan və Özbəkistan kimi ortaq tarixə, dilə və mədəni dəyərlərə malik ölkələr arasında qadın diplomatiyasının xüsusi potensialı var. Mehriban Əliyeva və Ziroatxon Mirziyoyevanın birgə iştirakı xalqların mənəvi yaxınlığını ön plana çıxarmaqla yanaşı, qadınların ictimai həyatda rolunun gücləndirilməsi, mədəni irsin qorunması və xeyriyyə təşəbbüsləri üzrə yeni əməkdaşlıq imkanları yarada bilər. Belə təmaslar liderlər səviyyəsində qurulan strateji münasibətlərin cəmiyyətlər arasında da möhkəmlənməsinə, Azərbaycan–Özbəkistan tərəfdaşlığının daha insani və davamlı məzmun qazanmasına xidmət edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: