İrəvan Birinci İnstansiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Milli Məclisin keçmiş sədri Alen Simonyana qarşı iddiasını rədd edib.
Globalinfo.az xəbər verir ki, bunu Simonyanın vəkili açıqlayıb.
Məlumatda qeyd olunur ki, 19 may 2025-ci ildə Alen Simonyan jurnalistlərə açıqlamasında Köçəryanın əllərində qan olduğunu deyib, onu qatil və quldur adlandırıb. Simonyan həmçinin Köçəryanın Ermənistana talan yeri kimi yanaşdığını söyləyib.
Keçmiş prezident bu çıxışdan sonra şərəf və ləyaqətinin alçaldılması iddiası ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə Simonyanın açıqlamasının şəxsi mühakimə olduğunu, bunun reallıqla uzlaşmadığını, amma onun əleyhində də hər hansı dəlilin, sübutun olmadığını əsas göstərərək Köçəryanın ittihamını rədd edib.
Əliyar Xəlil
Globalinfo.az