Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının bəzi detalları məlum olub.
Globalinfo.az bildirir ki, “VAZ 2106”-nın sürücüsünün qardaşı Polad Aslanov “APA TV”yə açıqlamasında bildirib ki, həmin şəxslər “ciyər axşamı”na gələndə “KİA” ilə vurulublar:
“Yüksək sürətlə gəlirmiş. Xəstəxanada gedib “KİA”nın sürücüsünü tapdım. Dedi ki, günah məndədir, onların səhvi yox idi. “Bərk sürürdüm, saxlaya bilmədim” dedi”.
Qeyd edək ki, qəzada 7 nəfər xəsarət alıb. Vəfat edən sürücü Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
