d8257411 be61 4e6f abb7 a8e3c8458cf4 1670142909

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.

Globalinfo.az bildirir ki, bu barədə polisdəki mənbələrə istinadən TRT telekanalı məlumat yayıb.

Polisin müəyyən etdiyi kimi, fəhlə emalatxanalarının yerləşdiyi binanın birinci mərtəbəsində məişət qazı ilə işləyən qazan partlayıb.

Evdəki partlayış dalğasından tavanlar qismən uçub, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Paylaş: