İranın ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə endirdiyi zərbələrlə bağlı yeni görüntülər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası yazıb.
Məlumata görə, BƏƏ-də Əl-Zəfrə aviabazasındakı TPS-57 strateji radarı, Habşan neft emalı kompleksinin qaz sıxılma qurğusu və alüminium sənayesinə aid karbon bölməsi hədəflər sırasında göstərilir.
Bəhreyndə isə ABŞ ordusunun informasiya təminatına dəstək verdiyi bildirilən məlumat mərkəzinin zərbəyə məruz qaldığı iddia edilir.
Safura Bənnayeva
Globalinfo.az