yKa61S29G1HlC0J4T8dvrEIkkJ24zADoUeRFc1Tb

İspaniyanın Seuta anklavında yenidən miqrantların kütləvi şəkildə sərhədi keçmək cəhdi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, əvvəlki hadisədən cəmi iki həftə sonra minlərlə mərakeşli miqrant Seutaya daxil olmağa çalışıb.

Sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Hadisə fonunda sərhəd xəttində vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Qeyd edək ki, Seuta İspaniyanın Şimali Afrikadakı iki əsas anklavından biri olmaqla, uzun müddətdir miqrasiya təzyiqinin əsas nöqtələrindən hesab olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: