İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Suriya Prezidenti Əhməd əş-Şəraaya sərt mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, Əzizi “X” hesabında paylaşdığı açıqlamada Suriyanın “İslam düşmənlərinə təslim olması”nı tənqid edib.
O bildirib ki, belə bir vəziyyətdə ölkənin ərazilərinin ələ keçirilməsi və təhqirlərlə üzləşməsi qaçılmaz olacaq.
İranlı deputat əlavə edib ki, Suriya xarici qüvvələrin “oyuncağına çevrilərsə” və regionda öz təsirini genişləndirməyə çalışarsa, İranın sərt reaksiyası ilə qarşılaşacaq.
Tahir Turan
Globalinfo.az