rus ukrayna ordu 11 900x600 2

Ukrayna hakimiyyəti səfərbərlik yaşının aşağı salınmasını planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko deyib.

“Bunu dəyişmək üçün qanun layihəsinə səs vermək lazımdır. Belə bir qanun layihəsi yoxdur. Radada səfərbərlik yaşının aşağı salınması ilə bağlı söhbətlər də getmir. Ona görə də hər oxuduğunuza inanmayın!”, – deyə deputat bildirib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin (USQ) 56-cı briqadasının hərbçisi Sergey Qnezdilov demişdi ki, Rusiya səfərbərlik elan edəcəyi təqdirdə Ukraynada səfərbərlik yaşı 25-dən 21-ə endiriləcək. O, həmçinin ölkədə qadınların səfərbərliyinə hazırlığın başlaya biləcəyini də istisna etməmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: