Amerikalı milyarder İlon Mask Böyük Britaniyanı almaq istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “The Babylon Bee” saytının paylaşımına cavab olaraq yazıb.
İş adamı Böyük Britaniyanı almaq üçün nə qədər pul lazım olduğunu soruşub.
Belə ki, həmin yazıda biznesmenin ölkə vətəndaşlarına “söz azadlığını qaytarmaq” məqsədilə Britaniyanı satın alacağı iddia olunub.
Milyarder həmin paylaşımın şərh bölməsində qısa şəkildə “Neçəyədir?” yazıb.
Qeyd edək ki, Maskın bu ifadəsi daha əvvəl də gündəmə gəlmişdi. O, 2017-ci ildə istifadəçilərdən birinin “Twitter”i satın alması ilə bağlı təklifinə eyni sualla cavab vermişdi. Sonradan milyarder həqiqətən də sosial şəbəkəni satın almışdı.
Safura Bənnayeva
Globalinfo.az