Rusiya ilə qonşuluqda yerləşən NATO üzvü ölkələr bəndlər, elektrik stansiyaları və qaz boru kəmərləri ətrafında təhlükəsizlik tədbirlərini gücləndirirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşr yazır ki, sözügedən ölkələr Rusiyanın onlara dron hücumu edəcəyi və bunu Ukraynanın etdiyini deyəcəyindən narahatdırlar. Ötən həftə Litva Moskvanın belə bir səhnələşdirilmiş hücum ehtimalını nəzərdən keçirdiyini açıqladı. Polşa, Latviya və Estoniya da eyni narahatlığın olduğunu bildirdilər.
Məlumata görə, müttəfiq ölkələrin ötürdüyü kəşfiyyat məlumatları Baltikyanı ölkələrdə şok effekti yaradıb. Bu ölkələr hər an hücumun ola biləcəyinə dair xəbərdarlıq edirlər.
Əliyar Xəlil
Globalinfo.az