Türkiyənin tanınmış müğənnisi Cansevər uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə müğənni Mehtap Yılmaz sosial media hesabında məlumat paylaşıb.
“Canım bacım, böyük səs, böyük usta Cansevər bacım rəhmətlik oldu. İki gün əvvəl danışmışdıq. Mənə mahnı hədiyyə etdi, çox kədərliyəm. Rahat yat, böyük usta”, – o yazıb.
Qeyd edək ki, Cansevər xərçəngdən əziyyət çəkirdi. Müğənni “Ben ne günler gördüm”, “Ağla gözbebeğim”, “Sen de gittin” və “Kime bu inat” kimi məşhur mahnıların ifaçısı idi.
Aysel Əliyeva
Globalinfo.az