mask 900x614 1

İş adamı və milyarder İlon Maska məxsus “SpaceX” şirkətinin raketi NASA astronavtı Nil Armstronqun doğum günündə Ayın səthinə çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu məqama ABŞ-ın “Parade” jurnalı diqqət çəkib.

“Ay modullarının daşınması missiyalarında istifadə edilmiş raketin işlənmiş pilləsi nəzərdə tutulan trayektoriyadan çıxaraq böyük sürətlə Ayın səthinə dəyib. Zərbə nəticəsində raket xırda hissələrə parçalanıb. Alimlərin məlumatına görə, qalıqlar Ayın Eynşteyn krateri ətrafına səpələnib.

Hadisə rəmzi tarixə – 5 avqusta təsadüf edib. Məhz bu gün, 1930-cu ildə Nil Armstronq anadan olub. O, 21 iyul 1969-cu ildə “Apollo-11” missiyası çərçivəsində Aya ayaq basan ilk insan kimi tarixə düşüb. Astronavt 2012-ci ildə 82 yaşında vəfat edib. 2026-cı ildə onun 96 yaşı tamam olacaqdı”, – deyə bildirilib.

Qeyd olunub ki, sözügedən hadisə kosmos tarixinin ən ironik hadisələrindən biridir.

Britaniyanın “Daily Mail” nəşri NASA və kosmik obyektləri izləyən mütəxəssislərə istinadən bildirib ki, Ayla toqquşan obyekt “SpaceX”in Falcon 9 raketinin istifadə olunmuş yuxarı pilləsi olub. O, təxminən 8,7 min km/saat sürətlə Ayın səthinə çırpılıb. İlkin qiymətləndirmələrə görə, zərbə nəticəsində Ayın səthində yeni krater yaranıb və kosmosa Ay tozundan ibarət bulud qalxıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: