sUBAT2023 kiev1 900x600 2

Ukrayna hərbi kəşfiyyatı iddia edir ki, Şimali Koreyanın raket bölməsi Ukraynaya qarşı müharibədə iştirak etmək məqsədilə Rusiyaya yerləşdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak “Reuters” agentliyinə açıqlamasında bildirib.

Çernyakın sözlərinə görə, Rusiya Voronej vilayətinə təxminən 90 Şimali Koreya hərbçisini yerləşdirməyi və həmin bölməni özünün 112-ci Raket Briqadasının tərkibinə inteqrasiya etməyi planlaşdırır.

Ukrayna kəşfiyyatı bildirir ki, Pxenyan artıq Rusiyaya 40 ədəd KN-23 və KN-24 tipli ballistik raket, eləcə də bu raketlərin texniki xidməti və istismarı üzrə hazırlıq keçmiş mütəxəssislər göndərib.

Məlumata görə, Moskva uzunmüddətli perspektivdə 120 ballistik raket və altı buraxılış qurğusundan ibarət zərbə qüvvəsi formalaşdırmağı hədəfləyir. Bildirilir ki, bölmənin son strukturu və fəaliyyət mexanizmi gələn ay Rusiya ilə Şimali Koreya arasında keçiriləcək yüksək səviyyəli danışıqlar zamanı dəqiqləşdiriləcək.

Hələlik Şimali Koreya hərbçilərinin raket buraxılışlarını birbaşa həyata keçirəcəyi, yoxsa yalnız texniki və əməliyyat dəstəyi göstərəcəyi məlum deyil.

Tahir Turan
Globalinfo.az

Paylaş: