Z7sYmHsYiwGEOSoNeGwFi6zJKWsqV0PK7Itf20f9 1200

Dron hücumuna məruz qalan “Nadezhda” gəmisinin göyərtəsində olan 23 dənizçi Rusiya limanına təxliyə olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.

***22:17

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə meyvə-tərəvəz daşıyan, Kamerun bayrağı altında üzən “Nadezhda” yük gəmisi Qara dənizdə Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 16:30 radələrində, Novorossiysk limanından təxminən 30 dəniz mili aralıda baş verib. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 pilotsuz uçuş aparatının istifadə edildiyini bildirib.

PUA zərbələri nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı 4 ekipaj üzvü xəsarət alıb. Yaralananlardan 3-nün Türkiyə vətəndaşı olduğu qeyd edilir.

Məlumata görə, 118 metr uzunluğunda olan “Nadezhda” Ro-Ro tipli yük gəmisi 1978-ci ildə Danimarkada inşa olunub. Gəmi Nadezhda Roro Inc şirkətinə məxsusdur, onun əməliyyat və texniki idarəçiliyini isə Türkiyənin “Kalyoncu Ro-Ro Denizcilik” şirkəti həyata keçirir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: