Naməlum şəxslər Kanadanın Vinnipeq şəhərində İslam mərkəzinə hücum ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBC” məlumat yayıb.
Hadisə cümə axşamı gecəsi baş verib. Müşahidə kameralarının qeydlərinə görə, iki naməlum şəxs maşınla mərkəz binasına yaxınlaşaraq ona atəş açıb. Daha sonra başqa iki nəfər eyni binaya yaxınlaşaraq bir neçə pəncərəni sındırıb.
Mərkəzin nümayəndələrinin sözlərinə görə, hücum zamanı binada insanlar olub. Xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Hadisə ilə bağlı araşdırma başlanıb.