futbol

Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.

Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.

Fotoda Rauf Hüseynov

1a609a96 9aa5 433d adaf a0f838182dc2

Fotoda Bəhruz Sultanov

3cbd2ec8 799e 48df 9bfa 25e66233ee59

Paylaş: