tramphy qnnadatel e irani vera n363510 1

Tramp bəyan edib ki, Vaşinqton və Tehran mübahisəli məsələlər üzrə razılığa gələ bilməsələr, ABŞ İranın nüvə obyektinin yerləşdiyi Pikaks dağını məhv edəcək.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Biz onların digər nüvə obyektlərini darmadağın etdik. Əgər razılıq əldə olunmasa, Pikaksı da məhv etməli olacağıq. Bunu çox asanlıqla həyata keçirəcəyik”, – Tramp bildirib.

ABŞ prezidenti eyni zamanda İrandakı körpülərə və elektrik stansiyalarına zərbələr endiriləcəyini deyib.

“Körpülər məhv ediləcək. İki saatdan az müddətdə əsas körpülərin böyük hissəsini, bir günə isə elektrik stansiyalarını sıradan çıxarmaq mümkündür”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, dağıdılmış körpülərin bərpası uzun illər tələb edir. Tramp hesab edir ki, hazırda ABŞ danışıqlarda çox güclü mövqedədir.

Xatırladaq ki, Pikaks dağı Tehrandan təxminən 220 kilometr cənubda, 2025-ci ilin iyununda zərbələrə məruz qalmış Natanz nüvə kompleksindən isə təxminən 2 kilometr məsafədə yerləşir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: