tramp zelenski 99

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibəti yenidən müsbətə doğru dəyişib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp bir ildən artıq müddətdə yaxın ətrafı ilə söhbətlərində Ukraynanın müharibədə uduzduğunu bildirirdi:

“Lakin son həftələrdə o, həm Ukraynaya, həm də Prezident Volodimir Zelenskiyə münasibətdə daha nikbin mövqe nümayiş etdirməyə başlayıb.

Bu dəyişiklik beynəlxalq sammitlər çərçivəsində keçirilən bir neçə görüşdən sonra baş verib. Zelenski həmin görüşlərdə Trampla şəxsi münasibətləri yaxşılaşdırmağa çalışıb”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: