epsteyn 3

Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları qalmaqallı maliyyəçi və cinsi istismar cinayətlərində ittiham olunan Ceffri Epşteyn işi üzrə araşdırmaya görə Fransadakı həmkarlarından kömək istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Söhbət Epşteynlə yaxın münasibətdə olduğu bildirilən fransalı model agenti Jan-Lük Brunelə dair istintaqdan gedir.

“Polşalı prokurorlar Fransa tərəfinə Avropa istintaq qərarı göndəriblər.

Məqsəd Brunel və onunla əməkdaşlıq edən şəxslərlə bağlı Fransadakı araşdırmada toplanmış sənəd və sübutları əldə etməkdir”, – radioda bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: