Ərdoğan Makronla danışdı – Detallar

makronnnn

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həkmarı Emmanuel Makronla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Qeyd olunub ki, söhbət zamanı ikitərəfli münasibətlər, qlobal proseslər müzakirə edilib.

“Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, bu fürsətdən istifadə edilməli olduğunu, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazır olduğunu bildirib”, – deyə vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az