zelenski 23

Ukraynada keçmiş müdafiə naziri Mixaylo Fedorovun vəzifədən azad edilməsinə qarşı çıxan, həmçinin Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskinin istefasını tələb edən etirazçıların sayı artır.

Fedorov da son açıqlamasında Sırski ilə ciddi fikir ayrılıqları yaşadığını bildirdikdən sonra, baş komandana qarşı narazılıq güclənib.

Ukrayna xalqı Mixaylo Fedorovu niyə bu qədər çox sevir? O, Prezident Volodimir Zelenskinin alternatividir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Mixail Fedorovun vəzifədən azad edilməsinə etiraz olaraq keçirilən aksiyalar ölkədə vəziyyətin nə qədər gərgin olduğunu göstərir:

“Daxildə sanki partlamamış bir siyasi nüvə bombası var. Ukrayna cəmiyyəti siyasi baxımdan olduqca aktiv cəmiyyətdir. Məsələn, 2005-ci ildə Narıncı İnqilabdan sonra kütləvi şəkildə mitinqlərin şahidi olduq.

Rusiya Ukraynaya hücum edənə qədər ümumilikdə Ukrayna siyasətində canlanma var idi. Cəmiyyət siyasi fəallığa öyrəşdiyi üçün hazırda davam edən passivliyə də belə reaksiya verir. Ən kiçik dəyişiklik zamanı daxilində yığılıb qalan siyasi aktivlik bu şəkildə özünü büruzə verir.

zeynal emreliyev 1
Zeynal Əmrəliyev

Zelenskinin müharibə gedən bir ölkədə kütləvi şəkildə kadr dəyişiklikləri həyata keçirməsi, tez-tez baş naziri və digər nazirləri dəyişməsi də buna gətirib çıxarıb. Ukrayna liderinin ən çox qorxduğu məsələ ordunun başqa ölkələrlə əlaqəyə girərək onu devirməsidir. Ordu komandanlığının Ukrayna cəmiyyətində nüfuzu böyükdür.

Mixaylo Fedorov da Ukrayna cəmiyyətində kifayət qədər nüfuza malikdir. Bu müddət ərzində Ukrayna ordusu Rusiyaya ciddi zərbələr endirib. Yəni bu şəxsə inam var idi. Digər tərəfdən, Ukrayna cəmiyyəti qorxur ki, bu dəyişikliklərin mənfi təsiri olar və əks nəticə verər. Rusiyanın işğalı genişləndirməsi ehtimalı Ukrayna cəmiyyətini narahat edir. Ona görə də insanlar belə reaksiya verirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: