“ABŞ-a ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün verən ölkələr ciddi nəticələrlə üzləşəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
Onun sözlərinə görə, Avropadakı ərazilərini, bazalarını eləcə də infrastrukturlarını Birləşmiş Ştatlar və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonrakı nəticələrə görə məsuliyyətdən yayına bilməzlər.
Safura Bənnayeva
Globalinfo.az