“Tatarıstana “baş çəkən Ukrayna dronları Nijnekamsk şəhərində yerləşən 2 böyük sənaye müəssisəsinə (“Nijnekamskneftexim” və TAİF-NK) zərbə endirib”.
Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
“Nijnekamskneftexim” 120 növ məhsul buraxan və sintetik izopren kauçuk istehsalında dünya lideri olan nəhəng neft-kimya müəssisəsidir. TAİF-NK isə ildə 7,3 milyon ton neft emal edən neftayırma zavodudur”.
Ş.Cəfərli bildirib ki, bundan başqa, gecə Saratov neftayırma zavodu da uğurla vurulub:
“Burada ildə 7,2 milyon ton neft emal edilir. Hakimiyyəti dövründə demək olar ki, heç nə yaratmayan və sovet dövrünün mirasını “yeyən” Putinin Ukraynanı demilitarizasiya etmək hədəfi ilə başladığı müharibə indi Rusiyanın deindustrializasiyası ilə nəticələnməkdədir”.
Əliyar Xəlil
Globalinfo.az