Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Estoniyadan sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağı tələb olunub:
“Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshumasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir”.