tramp 2

“İranla atəşkəs mənim üçün artıq bitib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ lideri İranla əldə olunan razılaşmanı dəyərləndirərkən bildirib ki, bu proses onun üçün artıq əhəmiyyətini itirib.

Tramp İranla anlaşmanın “vaxt itkisi” olduğunu deyərək, atəşkəs məsələsində əvvəlki mövqeyini dəyişdiyini nümayiş etdirib.

“İranlılar çox pis insanlardır, onları sevmirəm. Tehranla kifayət qədər vaxt itirdik. Biz öz işimizi görməliyik”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl İslamabad görüşündən sonra ABŞİran arasında 60 günlük atəşkəsin əldə edildiyi ilə bağlı razılıq var idi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: