Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRİPP, Zəngəzur dəhlizi – red.) proqramı ilə bağlı ölkədə rəsmi Feysbuk səhifəsinin fəaliyyətə başladığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, nazirliyin məlumatına görə, platforma Ermənistan Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamentinin əməkdaşlığı çərçivəsində yaradılıb.
Səhifədə TRİPP proqramının fəaliyyəti, layihə ilə bağlı son yeniliklər və müxtəlif formatlarda aktual məlumatlar paylaşılacaq. Bununla da proqram barədə yenilənmiş informasiyanın daha əlçatan olması nəzərdə tutulur.
Rəsmi səhifənin idarəçiliyini Ermənistan XİN-in və ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarından ibarət komandalar həyata keçirəcək.
Səhifədə sözügedən dəhlizin əsas aktoru olan Azərbaycanla bağlı hələ ki hər hansı detalın yer almaması diqqət çəkib.
Safura Bənnayeva
Globalinfo.az