Almaniyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən sahibkar Ştefan Tuman Rusiyanı ölkəsinə qarşı diversiya əməliyyatları həyata keçirməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, o, bu əməliyyatların Rusiyanın silahlı qüvvələri tərəfindən idarə və koordinasiya olunduğunu deyib. Bunun “müharibə aktı” olduğunu bildirib.
Tuman “hibrid müharibə” ifadəsini də rədd edib. O vurğulayıb ki, Almaniya və Rusiya müharibə vəziyyətindədir.
Sahibkar bildirib ki, onun rəhbərlik etdiyi “Donaustahl” şirkəti Ukraynaya döyüş dronları tədarük edir. 2025-ci ildə Rusiya kəşfiyyatının onu zəhərləmək planının aşkar edilməsindən sonra sutka ərzində mühafizə olunmağa başlayıb.
Tuman rəsmi ünvanlarını gücləndirilmiş müşahidə altında olan “tələlərə” çevirdiyini, hazırda isə mühafizəçilərin müşayiəti ilə gizli məkanlarda yaşadığını söyləyib.
Qeyd edib ki, artıq bir neçə aydır ailə üzvləri ilə görüşə bilmir. Sahibkar həmçinin öldürüləcəyi ehtimalını nəzərə alaraq vəsiyyətnamə və tibbi müdaxilələrlə bağlı əvvəlcədən göstəriş hazırladığını deyib.
Əliyar Xəlil