Xalq artisti Röya Ayxanın keçmiş qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ictimai fəal Ülviyyə Alovlu məlumat yayıb.
“Çingiz Cəlilov “Bank Standard”ın ovaxtkı İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi. Cəlilov özü təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi. Yeri gəlmişkən Çingiz Cəlilov hamımızın sevdiyi “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur. Azadlıq münasibətilə, başda Anar olmaqla, bütün Cəlilovları təbrik edirəm”, – deyə Ü.Alovlu bildirib.
Leyla Əlisoy
Globalinfo.az