mm

ABŞ Rusiya ilə iqtisadi güzəştləri və ya yeni razılaşmaları Ukraynadakı müharibə başa çatana qədər müzakirə etməyə hazır deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayılıb.

Məlumata görə, bu məsələ ABŞ maliyyə naziri Skott Bessentlə Rusiyanın maliyyə naziri Anton Siluanov arasında keçirilən görüş zamanı gündəmə gəlib.

Siluanov iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələri müzakirə etməyə çalışıb. Lakin Bessent onun sözünü kəsərək, “Münaqişə başa çatana qədər heç nə mümkün olmayacaq” deyib.

Mənbənin sözlərinə görə, bundan sonra Vaşinqtonla Moskva arasında mümkün iqtisadi əməkdaşlıqla bağlı müzakirələr faktiki olaraq dayandırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: