tramp iran

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt bəyanatla çıxış edib. O, Vaşinqtonun İran ərazisində yerləşən və yüksək səviyyədə mühafizə olunan Pikaks dağına (gizli uran zənginləşdirmə kompleksidir – red) zərbə endirməyə hazırlaşdığını bildirib.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ bu obyekti daim nəzarətdə saxlayır.

“Biz Pikaks dağını məhv edəcəyik. Qoy iranlılar buna hazır olsunlar. Biz həmin ərazini diqqətlə izləyirik. Orada heç bir aktivlik görmürük. Onların nüvə proqramı ilə bağlı işləri yaxşı getmir. Hər dəfə bu barədə nəsə eşidəndə zərbə endiririk. Ona görə də artıq bu mövzuda danışmağı sevmirlər. Çox güman ki, yaxın vaxtlarda Pikaksa da zərbə vuracağıq”, – deyə Tramp bildirib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, Pikaks dağının altında yerləşən kompleks ABŞ-ın arsenalındakı ən güclü bunker əleyhinə bombaların belə təsir dairəsindən kənarda yerləşir.

“Əl Cəzirə”nin məlumatına əsasən, obyekt iki yeraltı tunel kompleksindən ibarətdir və onun üzərində yüzlərlə metr qalınlığında qranit qaya təbəqəsi yerləşdiyindən tamamilə məhv edilməsi çətin hesab olunur.

Bundan əvvəl, 2025-ci ilin sentyabrında “The Washington Post” peyk görüntülərinə istinadən yazıb ki, İran Pikaks dağının altında tikilən məxfi hərbi obyektin inşasını sürətləndirib. Bildirilirdi ki, Tehran bu layihəyə hələ 2020-ci ildə başlayıb və məqsəd uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalı və yığılmasıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: