bagca 1

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması iddiası aidiyyəti üzrə araşdırılır.

APA-nın məlumatına görə, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

***15:18

Sosial şəbəkələrdə 1 həftə müddət ərzində bağçaya gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

Globalinfo.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

    Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

    Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

    İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

    Paylaş: