Pakistanın Bəlucistan əyalətində gömrük postuna silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin və gömrük xidmətinin 6 əməkdaşı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan dövləti məlumat yayıb.
Məlumata görə, Nokçe və Ziarat-Kross rayonlarında keçirilən əməliyyatlar zamanı “Fitna əl-Hindustan” və “Fitna əl-Xəvaric” qruplaşmaları ilə əlaqəli 21 silahlı öldürülüb.
Onlardan 10-u gömrük postuna daxil olmağa cəhd edərkən, daha 11-i isə Kveta–Taftan istiqamətində N-40 avtomobil yolunda qanunsuz nəzarət-buraxılış məntəqəsi yaratmağa çalışarkən zərərsizləşdirilib.
Bildirilib ki, ətraf ərazilərdə əməliyyatlar davam etdirilir. Təhlükəsizlik qüvvələri bölgədə qalan silahlı şəxslərin zərərsizləşdirilməsini, həmçinin yerli əhalinin və əsas avtomobil yollarının təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.
Əliyar Xəlil