budanov 12

Polşa ilə münasibətlərdə gərginliyin pik həddi hələ qarşıdadır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

    “İyulun 11-i Volin faciəsinin ildönümüdür. Məndə olan məlumata görə, onlar, gərginliyin artmasına gətirib çıxaracaq bir sıra yetkin olmayan addımlar hazırlayırlar. Görünür, bütün bunlar davam edəcək”, – deyə o qeyd edib.

    Budanov bildirib ki, Ukrayna heç kimdən, o cümlədən tərəfdaşlarından ultimatum qəbul etməyəcək.

    “Bizə ultimatum verməyə çalışan sonuncu ölkə Rusiya olub. Polşaya qarşı hörmətsizlik etmək istəmirəm, amma Rusiya Polşadan bir qədər güclüdür.

    Bəs nə üçün kimsə düşünür ki, biz başqa bir tərəfdən gələn tələbləri qəbul edəcəyik? Bizimlə ultimatum dili ilə danışmağa dəyməz. Əgər Polşa qeyri-dost addımlar atarsa, Ukrayna mütləq buna reaksiya verəcək”.

    Əliyar Xəlil
    Globalinfo.az 

    Paylaş: