
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Venesuelada baş verən zəlzələdə ayağını itirən və Dünya Çempionatı stiker albomunu itirdiyi üçün kədərlənən azyaşlı azarkeşi Andres üçün ürəkaçan addım atıb.
Globalinfo.az xəbər verir ki, Ronaldo əvvəlcə xəstəxanada müalicə alan Andresə imzalı formasını göndərərək ona mənəvi dəstək olub.
Bununla kifayətlənməyən ulduz futbolçu daha sonra azyaşlı azarkeşinə xüsusi video müraciət ünvanlayıb.
“Salam, Andres. Necəsən? Bu videonu sənə böyük bir qucaq göndərmək üçün çəkirəm. Bilirəm ki, sən mənim böyük azarkeşimsən”, – deyə Ronaldo bildirib.
Portuqaliyalı futbolçu Andresə sağaldıqdan sonra onunla görüşmək istədiyini də vurğulayıb: “Sağalandan sonra səni oyunlarımdan birinə dəvət etmək istəyirəm. Səninlə tanış olmağı çox istərdim. Özünə yaxşı bax, dostum”.
Ronaldonun bu jesti sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.