1687199338 1645896855 rusiya telim 900x506 2

Kreml Rusiyanın Polşaya hərbi müdaxilə planlaşdırdığı barədə yayılan iddiaları əsassız adlandırıb.

Globalinfo.az-ın mlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında bildirib ki, Rusiyanın Polşaya hücum etmək niyyəti yoxdur.

O, son dövrlər bəzi KİV-lərdə Rusiya ilə bağlı müxtəlif narahatedici ssenarilərin yayımlandığını qeyd edərək, bu cür məlumatların reallığı əks etdirmədiyini vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiya haqqında çoxlu “dəhşət hekayələri” dərc olunur və bu iddialar həqiqətə uyğun deyil.

Tahir Turan
Globalinfo.az

Paylaş: