iran abs muqavile 900x600 1

“ABŞ və İran nümayəndələri arasında yeni görüş olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.

O, növbəti görüşün İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimindən sonra baş tutacağını bildirib.

“Qətər və Pakistan vasitəçiləri Dohada ABŞ və İran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşləri başa çatdırıblar. İki ölkə arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna dair məsələlərin müzakirəsi zamanı, İsveçrədə keçirilən sammitin nəticələri nəzərə alınmaqla, müsbət irəliləyiş əldə olunub”,  – deyə rəsmi qeyd edib.

Xatırladaq ki, Əli Xamenei ilə vida mərasimi iyulun 4-ü saat 06:00-da başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək.

Mərhum lider iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: