parlament

Ermənistan parlamentinin Dövlət-Hüquq Məsələləri üzrə daimi komissiyası deputatların and mətninə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, layihəyə əsasən, and mətnində yer alan “ümummilli məqsədlər” və “vətənin möhkəmləndirilməsi” ifadələrinin “Ermənistan Respublikasının suverenliyinin möhkəmləndirilməsi” ifadəsi ilə əvəz olunması təklif edilir.

Qanun layihəsi parlament sədri Alen Simonyan, komissiya sədri Arusyak Culakyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Asmik Akopyan tərəfindən hazırlanıb. Arusyak Culakyanın sözlərinə görə, dəyişikliklərin məqsədi ümummilli hədəflərin dövlət maraqları ilə ayrılmaz olduğunu vurğulamaq və bunu and mətnində daha dəqiq ifadə etməkdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: