polis scaled
A police officer works on a road near the site where two German police officers were fatally shot early January 31, 2022, during a routine traffic stop near Kusel, southwestern Germany, January 31, 2022. REUTERS/Thilo Schmuelgen

Almaniyanın Ştade şəhərində baş verən silahlı hücumun şəxsi münaqişə zəminində törədildiyi ehtimal olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Der Spiegel nəşri məlumat yayıb.

Məlumata görə, hücumda şübhəli bilinən şəxs hadisənin baş verdiyi gənclərə yardım müəssisəsindəki insanlarla şəxsi əlaqədə olub. İstintaq hadisəni şəxsi münasibətlər zəminində törədilən cinayət kimi araşdırır.

Silahlı hücum nəticəsində 6 nəfər ölüb. Onlardan 5-i hadisə yerində, daha biri isə xəstəxanada həyatını itirib. Bir neçə nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Polis 3 nəfəri saxlayıb. Onların arasında atəşi açdığı ehtimal edilən şəxsin də olduğu bildirilir. Şahidlərin sözlərinə görə, bir qadın və gənc kişi hadisə yerindən avtomobillə qaçmağa cəhd ediblər.

Xatırladaq ki, Almaniyanın şimalındakı Ştade şəhərində atışma baş verib. Hadisə ana və uşaqlar üçün sığınacağın yerləşdiyi Dankerştrasse küçəsində qeydə alınıb.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: