ABŞ Prezidenti Donald Trampın Ankarada təyyarəsi haqda səsləndirdiyi fikir maraq doğurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O, “Uçan Ağ Ev” kimi tanınan təyyarəni göstərərək bunun ilk beynəlxalq səfərini həyata keçirdiyini və tamamilə yeni hava gəmisi olduğunu bildirib.
Səmimi söhbət zamanı Trampın “Bu təyyarənin ilk xarici uçuşudur. Tamamilə yenidir” sözləri ətrafdakıların diqqətini cəlb edib.
Safura Bənnayeva
Globalinfo.az