rusiya raket12

Rusiya Silahlı Qüvvələri Zaporojye şəhərində vilayət administrasiyasının binasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində binada baş verən yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bununla yanaşı, Zaporojyedə sərnişin avtobusunun yaxınlığında pilotsuz uçuş aparatının partladığı bildirilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 7 nəfər, o cümlədən 2 uşaq yaralanıb.

Hadisələrin başvermə şəraiti və zərbələrin nəticələri ilə bağlı araşdırmalar davam edir.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: