Portuqaliya Özbəkistan üzərində böyük hesabla qələbə çalıb.
Portuqaliya 5 – 0 Özbəkistan
***22:51
Portuqaliyalı futbolçu Rafael Leao komandasına 5-ci qolu qazandırıb.
Globalinfo.az xəbər verir ki, meydana çıxdıqdan cəmi 4 dəqiqə sonra, oyunun 87-ci dəqiqəsində Leao rəqib qapısının torunu silkələyə bilib.
***22:23
Portuqaliya top fərqini 4-ə qaldırıb, lakin bu dəfə avtoqolla.
Globalinfo.az xəbər verir ki, oyunun 60-cı dəqiqəsində Abduvohid Nematovun ayağına toxunan top Özbəkistan qapısından keçib.
***21:39
Ronaldo dubl edib. Qarşılaşmanın 39-cu dəqiqəsində Özbəkistan qapısında üçüncü qolu görüb.
Globalinfo.az xəbər verir ki, hazırda Portuqaliya 3:0 hesabla öndədir.
Qeyd edək ki, oyunun 29-cu dəqiqəsində Özbəkistan Portuqaliya qapısına dəqiq zərbə endirsə də, qayda pozuntusu səbəbindən qol hesaba alınmayıb.
***21:17
Nuno Mendeş Portuqaliyanı hesabda bir top fərqi ilə daha irəli çıxarıb.
Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində futbolçunun qolu ilə Portuqaliya və Özbəkistan milliləri arasında top fərqi 2-yə çatıb.
***21:06
Matçın 6-cı dəqiqəsində hesab açılıb.
Globalinfo.az xəbər verir ki, Ronaldo Portuqaliyaya ilk qol sevincini yaşadıb.
***21:00
Futbol üzrə dünya çempionatında növbəti qarşılaşma start götürüb.
Globalinfo.az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə qarşılaşır.