almaniya 1

Almaniya NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Litvada genişmiqyaslı hərbi kontingent yerləşdirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Marshal” qəzeti məlumat yayıb.

Bildirilir ki, Bundesver 2027-ci ilin sonunadək Belarusla sərhədə yaxın ərazilərdə daimi əsasda 5000 hərbçidən ibarət qüvvə formalaşdıracaq. Bu, Almaniyanın son onilliklərdə xaricdə həyata keçirdiyi ən iri hərbi yerləşdirmələrdən biri hesab olunur.

Litvanın müdafiə naziri Robertas Kaunas deyib ki, Almaniya qüvvələrinin qəbulu üçün yaradılan infrastruktur üzrə işlər planlaşdırılandan daha sürətlə irəliləyir. Tikinti layihəsinin ilk mərhələsi artıq tamamlanıb.

Layihə çərçivəsində hərbçilər və onların ailələri üçün yaşayış kompleksləri, təlim mərkəzləri, məktəblər, tibb müəssisələri və digər sosial obyektlər inşa edilir.

Almaniyanın 45-ci Tank Briqadasının bölgədə yerləşdirilməsi NATO-nun şərq sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Alyans rəsmiləri bunun potensial təhdidlərə qarşı çəkindirmə mexanizminin mühüm hissəsi olduğunu vurğulayırlar.

Qeyd edək ki, son vaxtlar Rusiyanın Litvaya təhdid törətməsi ilə bağlı xəbərlər yayılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: