Uzun müddətdir ki, ayaqlarında yaranan problemə görə yeriməkdə əziyyət çəkən Xalq artisti Afaq Bəşirqızı sonuncu əməliyyatından danışıb.
Globalinfo.az-ın xəbərinə görə, sənətçi Lent.az-a açıqlamasında bildirib ki, birinci gündən reabilitasiya olunacaq:
“Allah şükür, yaxşıyam. Birinci gündən etibarən reabilitasiya olunacağam. Əsas ayaqlarımdır. İnşallah yaxşı olacaq. Həkim Almaniyadan gündə 2-3 dəfə yazıb soruşur, maraqlanır. Ən böyük arzum onun Azərbaycana gəlib, xalqıma qulluq etməsidir. O qədər savadlı həkimdir. Bizim həkimlərimizin bir çoxu belədir. Sadəcə biz onların qədrini heyif ki bilmirik. Turab Qasımov Almaniyadan gəlib məni təmənnasız əməliyyat elədi. Çox da ağır və riskli əməliyyat idi. Onurğanın yarılması nə deməkdir? Bunu müvəffəqiyyətlə bacardı. Onun effekti ilk günlərdən bilindi”.
Qeyd edək ki, A.Bəşirqızı indiyədək ümumilikdə 14 dəfə əməliyyat keçirib.